Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
28 Fevral , 2020
Bu gün Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının doğum günüdür. Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987) Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub.


Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı" (1946-1949), "Qırmızı Əmək bayrağı" (1980-1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub.