Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
15 Avqust , 2019

Napoleon Bonapart 1769-cu il av­qust ayının 15-də Korsikada anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi.

Napoleon Bonapart əvvəlcə Ayaç­ço şəhər məktəbinə gedib, daha sonra bacı-qardaşları ilə birlikdən bir abba­tın yanında riyaziyyat və yazı yazmaq dərsləri alıb. Napoleon çalışqanlığı ilə seçilib, zəngin kitabxananın olma­sı və şəxsən Karlo Bonapartın səyləri nəticəsində böyük qardaşlar erkən ola­raq tarixlə, ədəbiyyatla və hüquqla maraqlanmağa başlayıblar.

Napoleon Briendəki hərbi akade­miyaya daxil olub və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirib. Elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayıb.

O dövrdə Fransada böyük çaxnaş­malar baş verirdi. Napoleon Korsikaya qayıdaraq öz vətəni uğrunda döyüşlərə qoşulub. O, 1793-cü il 17 dekabr­da ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qa­zanıb. Bu qələbəsinə görə Napole­on briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilib.

1796-cı il 9 martda Napoleon Bona­part Jozefina de Boqarne ilə ailə həyatı qurub. 1799-cu ilin noyabr ayında dövlət çevrilişi edərək birinci konsul olmuş və bütün hakimiyyəti öz əlində cəmləyib ölkədə diktatura rejimi yarad­ıb.

1800-cü ildə Fransa bankının əsasını qoyub, 1804-cü ildə “Vətəndaş məcəlləsi” islahatını həyata keçirib. 1804-cü il may ayının 18-i isə Na­poleon özünü kral elan edib.

Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Pol­şa üzərindəki parlaq qələbələri Fransanı Avropa qitəsinin demək olar ki, hege­mon dövlətinə çevirib. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduz­ması, 1812-ci ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiya­sının süqutunu tezləşdirib.

Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edib və Elbaya sürgünə yollayıb­lar. Lakin Napoleon öz xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdıb. 1815-ci il iyu­nun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o ikinci dəfə hakimiyyətdən əl çəkməli olub. İngilislər onu dustaq kimi Müqəddəs Yelena adasına sürgün ediblər. Burada ikən Napoleon öz memuarlarını yazıb.

Napoleon Bonapart əsirlikdə olarkən, 1821-ci il may ayının 5-də vəfat edib. Ölümündən demək olar ki iyirmi il sonra cəsədi 15 oktyabr 1840-cı ildə ekshümasiya olunaraq Fransaya gətirilib və özü tərəfindən tikdirmiş olduğu, lakin sağlığında al­tından keçə bilmədiyi Parisin Zəfər Ta­ğından keçirilməklə Əlillər meydanın­da sarkofaqda dəfn edilib.

Foto Qalereya