Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
2 Aprel , 2019

Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə- 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Aprel döyüşləri. Əsas münaqişə: Dağlıq Qarabağ münaqişəsi

2016 Azərbaycan-Ermənistan qarşıdurması.

1–2 aprel 2016-cı il tarixində hərbi əməliyyatların keçirildiyi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazilərin bir qismi

Tarix

1 aprel 2016 — 5 aprel 2016

Yeri

Dağlıq Qarabağ, Azərbaycan nəticəsi Azərbaycanın qələbəsi

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan və Qazaxlar kəndləri azad olunub Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi azad olunub Goranboy rayonunun Gülüstan kəndi azad olunub Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olunub 2,000 hektarlıq ərazi azad olunub

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

94 hərbçi ölüb, 2 itkin düşüb, 39 hərbçi yaralanıb

6 mülki şəxs ölüb, 26 yaralanıb

2 helikopter, 14 PUA vurulub

26 tank, 4 zirehli maşın, 1 hərbi maşın, 1 çox lüləli raketata məhv olunub

Azərbaycan mənbələrinə əsasən:

320 hərbçi ölüb, 500 hərbçi yaralanıb

30 tank və zirehli maşın, 25 artileriya qurğusu məhv olunub

Ermənistan mənbələrinə əsasən:

91 hərbçi ölüb (11 qeyri-döyüşçü), 123 hərbçi yaralanıb

9 mülki şəxs ölüb, 6 yaralanıb

14 tank məhv olunub

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir. Amerika Birləşmiş Ştatları Dövlət Deparmentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır.