Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
28 Dekabr , 2018

Dekabrın  28-də  Qaradağ  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Mərkəzi  Kitabxanasında  31 dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü  və  Yeni il  bayramı  ilə  əlaqədar  olaraq  tədbir  keçirildi  və  sərgi  hazırlandı. Tədbirdə  kitabxananın  əməkdaşları  və  azyaşlı  oxucuları  iştirak  edirdi. Əvvəlcə kitabxanının azyaşlı  oxucuları   Hüseyinli  Turan  və  Dadaşova  Gülay  “Qış  gəlib”  şerini  söylədilər. Sonra  hazırladıqları  “Ana  dovşan  və  balaları” səhnəciyini  göstərdilər. Daha  sonra  uşaqlar  “Yeni il gəlir”, “Yolka  mahnısına” oxuyub  oynadılar. Tədbirin  sonunda  kitabxana  əməkdaşları  tərəfindən  uşaqlara  hazırlanan  Yeni  il  hədiyyələri  informasiyya  və  resurslar  şöbəsinin  müdiri  G.Yaqubova  tərəfindən  təqdim  olundu.    

 

Foto Qalereya