Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
1 Dekabr , 2018

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (ing. Acquired Immune Deficiency Syndrome) - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir. Qeyd: HİV(İİV) pozitiv olmanız QİÇS olmanız demək deyil. Vaxtında aşkarlanıb müalicə aldığınız tədqirdə bu xəstəliyə qalib gəlmiş olarsınız. HİV ÖLÜMCÜL DEYİL(!) Xroniki xəstəlikdir (misal üçün: şəkər xəstəliyi kimi) sizi ömür boyu tərk etmir amma effektiv müalicə və sağlam həyat tərziniz olduğu tədqirdə bu xəstəliyi latent səviyyədə yəni simpton səviyyəsində saxlamağınız mümkündür. İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda İİV ilə yoluxmuş şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülmüşdür. Yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan ELISA testləri ən doğru nəticəni göstərir. İİV –insanın immunçatışmazlığıvirusudur. İİV insanımüxtəlif infeksiyalardan vəbədxassəli şişlərdən qoruyan immun sisteminətəsir göstərir. İİV immun sisteminin müəyyən(CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir. İV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir. Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır. Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır. AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur. QİÇS diaqnozu İİV- müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətlari opportunistik infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur. Ümumiyyətlə QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksuallardan sonra ikinci yeri tuturlar – 20-25%. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen). QİÇS-li xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HIV virusuna çox az rast gəlinir. İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmağa davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır. Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyasıdır (HİV - Human İmmunodeficiency Virus, yəni İİV - İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksuallar arasında aşkar olunmuşdur. HIV-ə yoluxduqdandan sonra, xəstəliyin əlamətləri şəxsin həyat şərtlərinə və bədən müqavimətinə müvafiq olaraq bir neçə il içində, hətta bəzən daha uzun müddət sonra ortaya çıxa bilər. HIV yoluxduğu orqanizmdə müxtəlif hüceyrələrə, xüsusilə CD4+ qan hüceyrələrinə yerləşərək çoxalır. Zərər görən CD4+ hüceyrələri getdikcə azalır və bunun nəticəsi olaraq bədənin immun sistemi zəifləyir. Bədən müqaviməti zəifləyən xəstədə normalda zərərsiz olan, yüngül keçən ya da nadir rast gəlinən bəzi xəstəliklər meydana çıxır. Ayrıca limfa vəzlərində böyümələr, ağız və dəridə təkrarlanan uçuq, yara və ləkələr, səbəbi bilinməyən davamlı qızdırma, gecə tərləmələri, çəki itkisi, ishal, öskürək kimi simptomlar müşahidə edilir. Vərəm və digər bakteriya, göbələk xəstəliklərinin yaranması üçün infeksiyalar ortaya çıxır. Kapoşi sarkoması və bəzi limfomalar da HIV infeksiyasını göstərən əhəmiyyətli əlamətlərdəndir. Qəti diaqnoz üçün anti-HIV (ELISA) testi edilir. Sonda isə təsdiq edici test vasitəsilə sizin son olaraq virusa yoluxub yoluxmadığınız yoxlanılır. Əgər bu test nəticəsində mənfi (neqativ) nəticə olarsa deməli nəticəniz neqativdir. Qeyd: İİV( QİÇS) testi hər hansı şübhəniz olduğu tədqirdə dərhal etdirməniz vacibdir və 3 aydan sonra bir daha test etdirməlisiniz. 3 ayın sonunda verilən nəticə tam nəticədir. İİV(QİÇS) pozitiv olduğunuz tədqirdə virus artıq qanınızda var. İİV(QİÇS) neqativ nəticə olduğu tədqirdə isə virusun qanınızda olmadığı aşkar olunur.