Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
8 Noyabr , 2018

8 Noyabr  2018-ci il  tarixində  Qaradağ  rayon  MKS-inin  Mərkəzi  Kitabxanasında  Dövlət  Bayrağının  100  illiyi  ilə  əlaqədar  olaraq  dəyirmi  masa  keçirildi  və  sərgi  hazırlandı. Dəyirmi  masada  kitabxananın  əməkdaşları  iştirak  edirdi. Dəyirmi  masanı giriş  sözü  ilə  informasiya  və  resurslar  şöbəsinin  müdiri  G. Yaqubova  açaraq  dəyirmi  masa  iştirakçılarını  salamladı  və  bayraq  haqqında  qısa  məlumat  verdi. Sonra  kitabxananın  metodika  və  biblioqrafiya  şöbəsinin  müdiri  E.Hüseynova  Dövlət  Bayrağının  simvolları  haqqında  danışdı. O öz  çıxışında bildirdi  ki,   Azərbaycan  Respublikasının  Dövlət  Bayrağı  haqqında  ilk  qərar  1918-ci  il  iyunun  24-də  verilmişdir. 19918-ci il noyabr  ayının  9-da Azərbaycan  Xalq  Cümhuriyyəti  Nazirlər  şurası  mili  bayraq  haqqında  qərar  vermişdir.

Üçrəngli bayrağın simvolları :                                          

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.

Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. 

 

Foto Qalereya