Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
9 Oktyabr , 2018
9  Oktyabr  2018-ci il  tarixində  Qaradağ  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Mərkəzi  Kitabxanasında  az  yaşlı  fidanlarımızla  birlikdə  "Nağıl  saatı"  keçirildi.  "Nağıl  saatında" az  yaşlılara  sərbəst  seçim  verildi. Onlar  öz istədikləri  nağıllardan "Sehirli  Dünya", "Dəli  Keçi", "Əlcək", "Fitnə", "Qızılgülün"  nağıllarını  seçib  oxudular. Hüseyinli  Fatimə  öz  dostlarına  "Meyvələrin  bəhsi" nağılını oxudu."Nağıl  saatını"  keçirtməkdə  məqsəd  azyaşlıların  kitaba  və  nağıllara  olan  marağını  artırmaqdı.