Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
2 Oktyabr , 2018

Xocavənd rayonu  Azərbaycan Respublikasında inzibati  ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir. 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.  Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur. 26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.