Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
20 Dekabr , 2017

20  dekabr  2017-ci  il  tarixində  Qaradağ  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Mərkəzi  Kitabxanasında  “İslam  Həmrəyliyi  ili”  ilə  əlaqədar  olaraq  dəyirmi  masa  keçirildi  və "İslam Həmrəyliyi ili" başlıqı  altında  daimi sərgi hazırlanıb. İlk olaraq informasiya resurs şöbəsinin müdiri G.Dadaşova çıxış edərək bildirib ki,  cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var.Bu siyasət dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Lider Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident cənab İlham Əliyevin uğurlarının nəticəsidir. Daha sonra metodika və biblioqrafiya şöbəsinin müdiri E.Hüseynova çıxış edərək bildirib ki,  hər bir dövrün müəyyən çağırışları olur. Hər bir  çağırışa  cavablar verilməli və buna müvafiq olaraq da qərarlar qəbul  edilməlidir. Siyasi xadimlərin, liderlərin də fərqli keyfiyyətlərindən  biri  bu cür hadisələri qabaqlayaraq zamanında müvafiq qərarlar qəbul etməsidir. Müasir dövrdə İslam dünyasının həmrəyliyinə çox böyük ehtiyac  var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsinə, belə bir mesajın verilməsi çox böyük önəm daşıyır. 

Foto Qalereya