Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
8 Dekabr , 2017

   08.12.2017-ci il  tarixində  Qaradağ  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Mərkəzi  Kitabxanasında  İnsan  Hüquları  günü  ilə  əlaqədar  olaraq  sərgi  hazırlandı.

    Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili  Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünü  idarə orqanları, vəzifəli şəxsləri  tərəfindən pozulan insan hüquqları  və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi Deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyildir. Lakin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlər  istisna  təşkil  edir.