Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
17 Noyabr , 2017

   17  noyabr   2017-ci il tarixində Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Milli  Dirçəliş  günü ilə əlaqədar olaraq tədbir təşkil olundu. Tədbirdə kitabxana əməkdaşları  və Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 166 saylı orta məktəbin 4-cü və 6-cı sinif   şagirdləri  iştirak etdi. Tədbiri giriş sözü ilə şöbə müdiri G.Dadaşova açıq elan edərək  Milli  Dirçəliş  günü   haqqında iştirakçılara məlumat verdi. Daha sonra şagirdlər  Dirçəliş  gününə aid şeirləri  ilə  çıxış etdilər. Tədbirin sonunda şagirdlər Mərkəzi kitabxananın tərtib etdiyi Dirçəliş  dünü  adlı  sərgiyə baxış keçirdilər.    

Foto Qalereya