Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
8 Noyabr , 2017

          08  noyabr   2017-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin  Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında   Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  günü  ilə  əlaqədar  olaraq  sərgi  təşkil  olundu .  Bayraq ilk dəfə  9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası  tərəfindən  təsdiq  edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.