Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Rayon haqqında
29 Oktyabr , 2017

 

    XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 Oktyabr (1993-cü il)

 

   Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.

 

    Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Ermənilərin hücumu iyunun 29-da olmuş, çox ağır və qanlı döyüşlər iki saat çəkmişdir. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmuş, bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalmışdı. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalamışdı. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi , bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşmüşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuş, bununla da Zəngilanın mühasirəsi başa çatmışdı.

 

    Bir gün azad olar daşın, torpağın,
    Kəsərik köksündən düşmən tapdağın,
    Sancarıq elinə zəfər bayrağın,
    Xalqımın dühası ey Zəngilanım !