Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
23 Fevral , 2017
23 fevral 2017-ci il tarixində Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli orta məktəblə birgə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirdi. Tədbirin əvvəlində tədbir iştirakçıları Xocalı faciəsində həlak olmuş şəhidləri bir dəqiqəlik sükutla yad etdilər. “Xocalı harayı” adlı həmin tədbirdə 106 nömrəli orta məktəbin 8 a sinif şagirdlərinin maraqlı çıxışları dinlənildi. Tədbirdə məktəbin direktoru Təranə Qasımova və 8 a sinifinin rəhbəri Gülzar Hüseynova  Xocalı faciəsi ilə bağlı fikirlərini qeyd etdilər və faciənin necə dəhşətli olduğunu vurğuladılar
Foto Qalereya