Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
2 Fevral , 2017
02.02.2017-ci il tarixdə saat 12:00-da Qaradağ rayon MKS-nin Mərkəzi Kitabxanasında gənclər gününə həsr olunmuş "Gənclik Gələcəyimizdir" adlı sərgi və dəyirmi masa təşkil olundu. Dəyirmi masada oxuculara xidmət şöbəsinin müdiri  N.Kazımova kitabxananın gənc işçilərini və gənc oxucularını Gənclər günü münasibətilə təbrik edərək qeyd etdiki ki, bu gün 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.1997-ci ildən  Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.  Sonda hər bir gənc  ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.  Bütün gənclərimizə həmişə İrəlidə olmağı arzu edirəm. deyərək söhbəti yekunlaşdırdı.
Foto Qalereya