Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
9 Aprel , 2021
Qarabağın flora və faunası — Qarabağ və ətraf ərazilərindəki biomüxtəliflik. Ümumiyyətlə, Qarbağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olmuşdur. Vaxtilə həmin ərazilərdə səhra, yarımsəhra, quru bozqır, bozqır, eləcə də dağ kserofit bitkilik tipi üstünlük təşkil edirdi. Ərazinin orta dağ qurşağında, dəniz səviyyəsindən 300-350 m yüksəklikdə yarımsəhra bitki növləri, 1800 m yüksəkliklərdə enliyarpaqlı meşələr, kolluqlar, çox yüksəkliklərdə isə tundra növləri geniş yayılmışdır.

Torpaq örtüyü-şabalıdı, açıq şabalıdı, dağ-tünd şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, qaramtıl dağ-çəmən və s. torpaqlar geniş yayılmışdır. Ağdam rayonu ərazisinin torpaqları əsasən şabalıdı, açıq şabalıdı və qəhvəyi dağ-meşə torpaqlarıdır.

Zəngin bitki örtüyünə malik olan ərazidə 2 000-dən çox bitki növünə rast gəlinir. Düzən yerlərdə yovşan, yovşanlı-şoranotlu yarımsəhra, dağ ətəklərində daşdayan, şibyə, yovşanlı-darağotlu bozqır və yarımbozqır bitkiləri, dağ yamaclarında kolluqlar, enliyarpaqlı meşələr (fıstıqpalıd və s. ) geniş yer tutur. Dəniz səviyyəsindən 2000-2300 m-dən yüksəklikdə subalp və alp çəmənlikləri mövcuddurLandşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir Bundan əlavə, son 30 ildə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınan ayıfındığı növündən ibarət meşələri və relikt bitki sayılan, Laçın Dövlət Təbiət Yasaqlığı ərazisində yayılan qırmızı palıd ağacları kütləvi surətdə qırılaraq mebel istehsalı üçün istifadə olunur və xaricə satılır. Meşələrdə ağac və kol bitkiləri ilə yanaşı, bənövşə, laləqızılgülzanbaqqərənfilböyürtkən və s. cinslərə daxil olan birillik, ikiillik, çoxillik və soğanaqlı növlər təbii halda bitirdi. Xüsusəndə AğdərəƏsgəranXocavənd rayonları palıd, vələsfıstıq və ağcaqayın meşələri ilə zəngin idi. Yüksək dağlıq hissələrdə şərq palıdına (Quercus majranthera), trautveter ağcaqayınına (Acer trautvetteri), tozağacının 4 növünə (Betula sp. Div), Şərq fıstığına (Fagus orientalis) rast gəlinirdi. Bu tip meşələrdə qeyd edilən bitkilik tipləri ilə yanaşı, bəzi yerlərdə su-bataqlıq bitkiliyinə də təsadüf edilirdi. Otlaq, meşə və kol massivləri arasında isə yerli əhali əsasən taxıl, bostan və texniki bitkilər becərirdilər

Zəngin fauna müxtəlifliyinə malik bu ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilən məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü yayılıb. Onlardan bəziləri Beynəlxalq Qırmızı Siyahıya daxildir. Qarabağ ərazilərində Avropadan AfrikayaAsiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Baş vermiş proseslə əlaqədar olaraq, torpağın üst münbit qatının sıradan çıxmasından əlavə burada məskunlaşan heyvanların yanması, quş yumurtalarının, balalarının tələfatına və həmin növlərin yaşayış yeri ilə əlaqəsinin birdəfəlik itirilməsinə, sayının kəskin azalmasına səbəb olur. Qarabağın 70 faizi sürünən heyvanların növ müxtəlifliyinin geniş yayıldığı ərazilərdir. Zoosenozların qida zəncirində əhəmiyyətli mövqe tutan amfibilər və reptililər ekosistemin fauna biomüxtəlifliyinin stabilliyində mühüm rol oynayırlar. Qarabağ ərazilərində zəhərli ilan növü olan Levantin gürzəsi də geniş yayılıb. Burada floranın zənginliyi heyvandarlığın inkişafına da səbəb olmuşdur. Qış dövründə (altı ay ərzində) yüz minlərlə heyvan Kiçik Qafqazın aran rayonlarında otarılar, yayda isə heyvanlar 3-4 ay müddətində yay otlaqlarına köçürülərdilər. Belə bir sistem heyvanları bütün mövsümlərdə (qışda - səhra, yarımsəhra, bozqır, yayda - çəmən) yemlə təmin etməyə imkan verirdi. Göründüyü kimi vaxtı ilə Qarabağın florası və onun bitkiçiliyinin biomüxtəlifliyi dünyada analoqu olmayan rəngarəng şaquli zonallığı ilə fərqlənirdi. Qarabağ, həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən safsar, çay samuru, qonur ayızolaqlı kaftarqamışlıq pişiyiçöl pişiyivaşaq, Qafqaz bəbiri, nəcib maralcüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iri ölçülü nadir məməlilər də az deyil

Qarabağ münaqişəsindən əvvəl Qarabağın ümumi ərazisinin 36%-i və ya 160 min ha sahəsi ancaq meşəliklərdən ibarət idi. Azərbaycanın Kiçik Qafqazda yerləşən Qarabağ ərazisi respublikanın ümumi sahəsinin 1/6 hissəsini (düzən, dağlıq və yüksək dağlıq) təşkil edir. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının 30 il nəzarətsiz qalması nəticəsində nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası nadir yarasa növlərinin sığınacağıdır. Onlar BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində beynəlxalq statusla mühafizə olunurlar. 70-ci illərdə həmin ərazilərdə floranın zəngin və qiymətli olmasını nəzərə alaraq, o vaxtlar Azərbaycan Respublikasının rəhbəri, Heydər Əliyev Qarabağ zonasında bir sıra yeni qoruqların salınması haqda qərar qəbul etdiAzərbaycan Elmlər Akademiyasının Biologiya Bölməsinin müvafiq institutları tərəfindən hazırlanmış layihə əsasasında Kəlbəcər rayonunun Sarıyeri adlanan ərazisində çəmən-bataqlıq bitkiləri üçün 30 min hektar sahə ayrıldı ki, burada nadir və nəsli kəsilməkdə olan alp, su-bataqlıq bitkilərinin çoxaldılması istiqamətində böyük işlər aparılırdı. Həmin dövrlərdə Qarabağda ardıc və palıd meşə qoruqlarının yaradılması nəzərdə tutulmuşdur. Qarabağın cənubunda yerləşən Bəsitçay Dövlət Qoruğunda qiymətli ağac cinsləri ilə yanaşı, Azərbaycanın “Qırmızı kitabına” daxil edilmiş şərq çinarı (Platanus orientalis) növü də artırılırdı, bununla bərabər Şuşa rayonunda (1600-1800 m dəniz səviyyəsindən yüksəklikdə) yerləşən Topxana Dövlət Qoruğu inkişaf etdirildi. Göygöl qoruğunda isə enliyarpaqlı və iynəyarpaqlı növlər, eləcə də subalp və alp çəmənlik bitki növlərinin biomüxtəlifliyi artırılırdı. Respublikamızın milli və mədəni sərvəti olan bu qoruqlarda yüzlərlə relik, nadir ali və ibtidai bitki növləri, o cümlədən 21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan növlər, 3000-ə yaxın sənaye əhəmiyyətli bitkilər təhlükə altındadır