Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası

Yeni kitablar
Con Steynbek
11 Fevral , 2015

XX əsr ABŞ ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri olan Con Steynbek 1962-ci ildə “Həyəcanlarımızın qışı” və “Çarli ilə səyahət” əsərlərinə görə Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə Nobel nitqi, “Həyəcanlarımızın qışı” və “Qəzəb salxımları” romanları daxil edilmişdir.

Romantizmin yüksək və bədii təsvir imkanları sayəsində Con Steynbek Salinas-Kaliforniya timsalında bütün Amerikanı, bu mühitin tərkib hissəsi kimi isə “orta amerikalı”ları, Amerika cəmiyyətini konkretləşdirmiş və böyük ustalıqla qələmə almışdır.

Nobel mükafatı laureatları seriyasına daxil olan və “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.