Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası

Yeni kitablar
Nəcib Məhfuz
11 Fevral , 2015

XX əsr müasir ərəb ədəbiyyatının ən tanınmış simalarından biri olan Nəcib Məhfuzun “Seçilmiş əsərləri”nə “Məhəlləmizin hekayətləri”, “Fivin mübarizəsi” , “Liderin qətl günü” və “Möhtərəm cənab” romanları daxil edilmişdir.

Məhfuzun dərin depressiyaya uğramış qəhrəmanları həyatın mənasının axtarışlarında ekzistensializm fəlsəfəsinə uyğun olaraq, əvvəlcə öz tənhalıqlarını anlayırlar, sonra isə həqiqəti həyatla ölüm arasındakı keçid anında dərk etməyə başlayırlar.

“Məhəlləmizin hekayətləri” impressionist tərzdə yazılmış bir əsərdir. Əsərin ideyasını qəhrəmanın böyüməsi və dəyişən zəmanəyə münasibəti, bu zəmanədə ənənəvi Qahirə məhəlləsinin uğradığı dəyişikliklər qeyd olunmuşdur.