Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası

Yeni kitablar
Artur Miller
11 Fevral , 2015

Dünya dramaturgiyasının klassiki və əfsanəsi hesab edilən Artur Millerin dramları XX əsrin böyük sənət hadisəsi hesab edilirdi. Yazıçının “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”ndə onun yaradıcılığının əsas istiqamətlərini müəyyənləşdirən pyesləri oxuculara təqdim edilmişdir.

Millerin pyesləri dramaturgiya ilə nəsrin vəhdətində yazılmışdır. Əsərlərindəki dialoqlar obrazların daxili aləmini açmağa yönəlmişdir.

Millerin, demək olar ki, bütün pyeslərinin qəhrəmanları həyatda özünü tapa bilməyən, taleyin istehzasına tuş gəlmiş insanlardır.

Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.